O, avtobusdakı sərnişinin cibindən 500 manat pul oğurlamağa çalışıb
Bakıda cibgirliklə məşğul olan şəxs saxlanlıb.
ANS PRESS-in verdiyi məlumata görə, 1971-ci il təvəllüdlü, Quba rayon sakini Ağazadə Muxtar Mahmud oğlu iş başında yaxalanıb.
O, Binəqədi Rayon Polis İdarəsinin cib oğurluğuna qarşı mübarizə qrupu tərəfindən ələ keçirilib. Həmin şəxs 202 saylı xətlə işləyən sərnişin avtobusunda 21 yaşlı Bakı şəhər sakini Nuruslu Amal Nadir oğlunun cibindən 500 manat pul oğurlamağa cəhd edib. Lakin polislər ona macal verməyiblər.
Saxlanılan şəxs yerli polis idarəsinə gətirilib. Faktla bağlı cinayət işi açılıb və araşdırma aparılır.
Muxtar Ağazadənin digər bu kimi cinayət əməllərinin olduğu istisna edilmir.