Rusiyada antierməni çağırışları: “Ermənistan öz cinayətkarlarını geri götür!..” - Foto
Rusiyanın Stavropol diyarının Mineralnıe Vodı şəhərində ötən gecə 29 yaşlı rus hərbçisinin ermənilər tərəfindən öldürülməsi ilə bağlı Stavropol Kazak İttifaqının təşəbbüsü ilə etiraz aksiyası keçirilib.
Musavat.com erməni qaynağına istinadən xəbər verir ki, aksiyada Ermənistan və ermənilər əleyhinə şüarlar səslənib. Məsələn, bu cür: “Rusiya ərazisindən erməni cinayətkar dəstələrinin çıxarılmasını tələb edirik. Ruslar milli ədavətə qarşıdır, ancaq biz də bizə və özümüzə qarşı özbaşınalığa qarşıyıq. Ermənistan, öz övladlarını, ələlxüsus cinayətkarları və qatilləri geri götür!”
Minvodda Rusiya hərbi qulluqçusu Dmitri Sidorenkonun ermənilər tərəfindən qətlə yetirilməsi nəticəsində situasiya günbəgün gərginləşməkdədir. “Onlarla erməni rusu öldürüb. Sidorenkonun günahı o olub ki, Daxili Qoşunların xüsusi təyinatlısı idi və kafeyə boynunda slavyan simvolu ilə girib. Qatil Qriqoryan öncə onun timsalında Rusiya ordusunu Gümrüdə bir erməni ailəsini qətlə yetirməkdə ittiham edib ”, – deyə kazaklar bildiriblər.
Musavat.com