Kilsə nümayəndəsinin xəbəri qızın arzusunu ürəyində qoyub
ABŞ-ın Kolorado ştatında Denver şəhər məhkəməsi 19 yaşlı Şenon Konlini İŞİD terror qruplaşmasını dəstəklədiyi üçün dörd il həbsə məhkum edib.
ANS PRESS-in məlumatına görə, Konli keçən ilin aprelində Denver aeroportunda həbs edilib.
O, Almaniyaya, oradan da Türkiyəyə uçmağa hazırlaşırmış. Qız İŞİD terror qruplaşmasında vuruşan oğlana ərə getməyi planlaşdırırdı.
Konlinin yükündə "Əl-qaidə" terror şəbəkəsinin fəaliyyəti haqqında kitablar və videomateriallar aşkar edilib.
Konli polisin diqqətini onun şübhəli davranışı haqqında Denver kilsələrindən birinin numayəndəsinin polisə verdiyi xəbərdən sonra cəlb edib.