Ruslar ermənilər ölkə ərazisindən təcili çıxarılmasını tələb edirlər
Rusiyanın Stavropolski diyarının Minvod şəhərində ermənilərə qarşı etiraz aksiyalarına başlanılıb.
ANS PRESS-in məlumatına görə, nümayişçilər cinayətkar ermənilərin Rusiya ərazisindən çıxarılmasını tələb edirlər.
"Biz ruslar millətlərarası nifrətə qarşıyıq. Ermənistan, cinayətkar, uşaq qatili olan vətəndaşlarını götür apar", deyə rus nümayişçilər bu cür şüarlar səsləndirirlər.
Mitinq Minvodda rus hərbçinin ermənilər tərəfindən öldürüldüyü ərazidə keçirilir.
Qeyd edək ki, yanvarın 22-də Minvod şəhərində kafelərin birində ermənilər Rusiya xüsusi təyinatlısını qətlə yetiriblər. Minvod kafelərindən birində hərbçilərlə yerli sakinlər arasında dava düşüb. Hərbçilərdən biri sinəsində aldığı yaradan elə hadisə yerində dünyasını dəyişib. Onun 1991-ci il təvəllüdlü Qriqoryan adlı erməni tərəfindən öldürüldüyü bildirilir.
İki millət arasında münasibət rus əsgər Valeri Permyakovun yanvarın 12-də Ermənistanın Gümrü şəhərində Avetisyan ailəsinin 7 üzvünü qətlə yetirməsi xəbərindən sonra kəskin pisləşib. Ermənilər Avetisyanlar ailəsinin qatili olduğu iddia edilən Valeri Permyakovun erməni məhkəməsinə verilməsini tələb edirdilər. Ermənistan İstintaq Komitəsi də Valeri Permyakova qarşı cinayət işi qaldırıb. Komitə onu Ermənistan Cinayət Məcəlləsinin 104-cü maddəsi ilə istintaqa cəlb etmək istəyir. Amma Rusiya tərəfi ermənilərin istəyini rədd etdi.