Ekstrasenslər ruh görüntüsündən danışdı – Foto

24-01-2015, 21:31   
Ekstrasenslər ruh görüntüsündən danışdı – Foto
“Bu bir mesaj, Allahın insanlara xəbərdarlığı ola bilər. Allah o ruhun görünməsinə ona görə imkan verib ki, insanlara görk olsun”.

Bu sözləri Axar.az-a tanınmış astroloq Firudin Qurbansoy dünən gecə Bakının Ramana qəsəbəsində Yusifzadələr ailəsində ruh görüntülənməsi ilə bağlı xəbərə münasibət bildirərkən deyib.
F.Qurbansoy bildirib ki, fotonu görməyib, amma ruhun kameraya düşməsi mümkündür:

“Əgər bu varsa, mövcuddursa, deməli, kameraya da düşə bilər. Allah istəsə, bu ruh görünə də bilər. Əlbəttə, adi gözlə biz ruhu görə bilmərik. Ancaq texnika adi gözlə görə bilmədiyimiz bir çox şeyi görməyimizə imkan verir. Təəssüf, bu gün elm ruh haqqında çox az məlumata sahibdir.

İndi insanlar o qədər maddiləşiblər ki, ruhaniyyət yaddan çıxıb. Bəlkə də bu bir mesajdır, Allahın insanara xəbərdarlığıdır. Allah o ruhun görünməsinə ona görə imkan verib ki, insanlara görk olsun”.

Tanınmış ilahiyyatçı Elşad Mahmudov isə kameraya düşən görüntünün həqiqətən ruh olub-olmadığını ilahiyyatçıların deyil, kamera mütəxəssislərinin araşdırmalı olduğunu bildirib:

“Telefonun fotokamerasına ruhun düşməsinə ilahiyyatçılardan daha çox, kamera mütəxəssisləri aydınlıq gətirə bilər. İnsanın fiziki olaraq bədəndən və ruhdan ibarət olduğunu hamımız bilirik. İslama görə, ruh var. Onun varlığına şübhəmiz yoxdur və inkar edə bilmərik. Ümumiyytlə, ruhun gözə görünmədiyi bilinir. Bu gün texnika və texnologiyanın inkişafı bizə adi gözlə görə bilmədiyimiz maddə və ya cismləri görməyə imkan yaradır. Ruhun kameraya düşməsi də belə bir şeydir. Bu səbəbdən bununla bağlı bir söz deyə bilmərəm. Yəni bunu texnika mütəxəssisləri müəyyən edə bilər ki, fotoya hansısa müdaxilə edilib, yaxud real görüntüdür. Ola bilər ki, bu, fotokameranın özündən asılı olsun. Ancaq bir daha deyirəm ki, bunu texnika mütəxəssisləri daha yaxşı izah edə bilər”.

Axar.az-ın texniki mütəxəsisləri də bu fotonun reallığı əks etdirdiyinə ciddi şübhə edirlər. Onların fikrincə, hazırda yeni mobil telefonların funksiyaları belə effektləri yaratmağa imkan verir.

Əməkdaşımızın sözlərinin təsdiqi kimi yeni model mobil telefonun imkanları hesabına hazırladığı fotonu da müqayisə üçün təqdim edirik. Bu dəlil yayılan foto-görüntünün reallığı əks etdirməsinə ciddi şübhə yaratsa da, bu, ruhun mövcudluğunu və hətta gözə görünməsinin mümkünlüyünü qətiyyən təkzibləmir.

Qeyd edək ki, ailənin fotoya inanmasını və narahatlıq yaşamasını şərtləndirən səbəb şəkili azyaşlı uşağın çəkməsidir.

Mütəxəsisin ehtimalına görə isə ailənin azyaşlı övladı özü də bilmədən telefonun bu effektindən istifadə edə bilərdi.

Xatırladaq ki, dünən gecə saatlarında Ramana qəsəbəsində Yusifzadələr ailəsində telefonun yaddaşına “ruh” köçüb. Görüntü ailədə ciddi narahatlıq yaradıb.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.