Kral görə bayraqlar endirildi: aləm qarışdı

25-01-2015, 13:34   


Böyük Britaniyada hökumət binaları ilə Bukingem Sarayında Səudiyyə Kralı Abdullah bin Abduləziz Əl Səudun vəfatı ilə əlaqədar dövlət bayraqlarının endirilməsi siyasətçilərin kəskin tənqidinə tuş gəlib.

Report xəbər verir ki, vəliəhd şahzadə Çarlz və Baş nazir Devid Kemeronun Kral Abdullahın yas mərasimində iştirak etmək məqsədi ilə Səudiyyə Ərəbistanında olduqları bir vaxtda Britaniyanın daxilində dövlət bayraqlarının endirilməsi qərarı birmənalı qarşılanmayıb.

Bir sıra tanınmış siyasətçilər və insan haqları müdafiəçiləri "ifadə azadlığını və qadınların hüquqlarını kobud şəkildə pozan, İslam ekstremizinə rəvac verən bir ölkənin" rəhbərinə bu qədər ehtiram göstərilməsinin başa düşülmədiyini bildiriblər.

Şotlandiya mühafizəkarlarının lideri Ruth Davidson bayraqların endirilməsini “ikrah hissi doğuran cəfəngiyyat” adlandırıb.

Millət vəkili Duqlas Karsvel isə deyib ki, bayraqların endirilməsi “hökumət binalarında oturanların mənəviyyatsızlıq dəyərlərinin Britaniya ictimai dəyərlərindən fərqli olduğunu göstərir”.

Qeyd edək ki, baş nazirin iqamətgahı, parlament binası və Vestminister Abbatlığı üzərində də dövlət bayraqları endirilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.