“ABŞ-ın Azərbaycan siyasətinin görünməyən tərəfləri hansılardır” sualının cavabı "Həftənin manşetləri" analitik proqramında… - VİDEO
25-01-2015, 16:11
“ABŞ-ın Azərbaycan siyasətinin görünməyən tərəfləri hansılardır” sualının cavabı Musavat.com bu həftə ölkədə və dünyada baş verən ictimai-siyasi hadisələrin təhlilinə həsr olunmuş "Həftənin manşetləri" analitik proqramını təqdim edir.
Proqramda aşağıdakı suallara cavab tapa bilərsiniz:
- Azərbaycan Prezidentinin Almaniya səfəri Qərblə münasibətləri yoluna qoyacaqmı?
- Azərbycan xalqı 20 Yanvar hadisəsindən ötən 25 ili necə yaşadı, nə qazandı və nə itirdi?
- ABŞ-ın Azərbaycan siyasətinin görünməyən tərəfləri hansılardır?
- Qərb və ABŞ Rusiya-Ukrayna münaqişəsindən nə qazanır?
- Parisdəki terror hadisəsində dünya liderlərinin mövqeyi nədən xəbər verir?
- Azərbaycan müxalifəti parlament seçkilərinə necə getməlidir?
- Avronun dəyərdən düşməsi Azərbaycana nə verə bilərdi?
- Azərbaycan hökumətinin iqtisadi siyasəti kimin xeyrinədir?
Bütün bunlar haqqında daha ətraflı "Həftənin manşetləri" analitik proqramında müsahibimiz Azərbaycan Demokrat Partiyasnın sədri Sərdar Cəlaloğlu danışacaq. //musavat.com/ Nərgiz Liftiyeva, Məğrur Salmanov