İstanbulun Nişantaşı səmtində küçənin ortasında vurulan kriminal avtoritetin qardaşı Vedat Şahinin cinayətində sirr pərdəsi aralanır.
Baş verən cinayətdən sonra 10 illik Sarallar-Şahinlər düşmənçiliyi daha da qızışıb. Şübhəlilərin həbs olunmasına səbəb isə hadisə yerindəki bir nəfərin telefonuna "Y” kimi qeyd etdiyi birinə "Qardaş, siqareti tərgitdim” mesajı göndərməsi olub.
Məlum olub ki, "Y” kimi qeyd olunan şəxs məşhur kriminal avtoritet və Şahin qardaşlarının 10 illik düşməni Yaqub Saraldır. Cinayyət axtarış şöbəsi hadisədən dərhal sonra ətrafdakı baza stansiyalarından hadisə yerindəki bütün telefonları araşdırıb.
Hadisə yerinə ən yaxın telefonda isə bir xırdalıq diqqətdən yayınmayıb. Telefonda "Y” kimi qeyd olunmuş bir nömrəyə "Qardaş, siqareti tərgitdim” mesajı yollanıb. Polis mesajın izinə düşərək Saralları tapıb. "Y”nin isə Yaqub Saral olduğu üzə çıxıb.
Mesajı yollayanın isə gözətçi olduğu və hadisədən sonra Gürcüstana keçdiyi məlum olub.