Lamiyə Aslan Aslanovun oğlunu niyə öldürmüşdü?- O qətl yenidən gündəmdə

26-01-2015, 13:41   
Lamiyə Aslan Aslanovun oğlunu niyə öldürmüşdü?- O qətl yenidən gündəmdə
On iki il öncə Şəmkirin icra başçısı Aslan Aslanovun oğlunun qətlində təqsirləndirilərək həbs edilən Lamiyə Quliyevanın məhbəsdə uşaq dünyaya gətirməsi gündəmin əsas müzakirə mövzusuna çevrilib.

Cinayəti birgə törətməkdə ittiham olunaraq həbs edilən Vüqar Əliyevin vəkili Əsabəli Mustafayev "Qafqazinfo”ya açıqlamasında bildirib ki, o, işə 2010-cu ildə qoşulub.
Ə.Mustafayev cinayətin baş verdiyi dövrdə olan hadisələri açıqlayıb: "O vaxt Lamiyə ilə Vüqar nişanlanmışdı. Sonradan Vüqar bilib ki, bu kiminləsə intim əlaqədə olub. Lamiyə də o vaxt azyaşlı idi. Vüqar soruşub ki, o adam kimdir? Lamiyə deyib Aslan Aslanovun oğlu Ruslandır. Vüqar da Ruslanı tanıyırmış, ona görə inanmayıb. Lamiyəyə deyib ki, sübut elə. O da Vüqarın yanında zəng edib Ruslana deyib sənlə görüşüb danışmaq istəyirəm. Bunlar üçü bir yerdə görüşüblər. Şəhərdən bir az kənarda maşında söhbət edəndə Lamiyə deyib etiraf elə ki, məni zorlayan sən olmusan. Ruslan etiraf etməyib, özünü biraz çılğın aparıb. Lamiyə də özü ilə gətirdiyi bıçağı çıxarıb Ruslanı vurub. Ruslan düşün maşından qaçıb, Lamiyə arxasınca gedib ona çatıb, çoxlu zərbələr vurub. Bıçaq zərbələrin sayının çox olması Lamiyənin yaşının az olması, arıq və zəif olmasına görə olub. Vüqar həmin vaxt maşında olub, amma Ruslanın bıçaqla vurulmasında iştirak etməyib. İstintaq deyir ki, Lamiyənin əlindən bıçaq düşəndən sonra Vüqar götürüb Ruslanı vurub. Amma bıçağın üzərində təkcə Lamiyənin əl izləri var. Vüqar vursaydı, onun əl izi olardı. Vüqarın Ruslanı vurmadığını qız da deyib. Sonralar Lamiyəyə işgəncə verildiyi üçün tez-tez ifadələrini dəyişib. Vüqar sadəcə Ruslanın kolluqda gizlədilməsinə kömək edib, özü də bunu etiraf edir. Ruslanı gizlədərkən onun telefonuna zəng gəlib. Bunlar da izi itirmək üçün telefonu götürüb rayonda həyətlərindəki tualetə atıblar.
Bir müddət sonra belə deyildi ki, guya Vüqarın atasının Aslan Aslanovla torpaq üstündə davası olub. Vüqar da onun qısasını almaq üçün Ruslanı öldürüb. Amma atasının Aslan Aslanovla heç bir mübahisəsi olmayıb. O vaxt Vüqarın atası, anası, qardaşı bütün qohumları həbs edildi. Lamiyənin də bütün qohumları saxlanılmışdı. Hərəsinə bir ad qoyub tutdular.
Vüqarın həbsdən sonra Lamiyə ilə kimlərinsə vasitəsilə də heç bir əlaqəsi olmayıb”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.