Bakıda küçədən körpə tapıldı

26-01-2015, 13:45   
Bakıda küçədən körpə tapıldı
Yenidoğulan qız Kliniki Tibbi Mərkəzin həyətinə atılıb
Bakıda yeni doğulan körpə küçəyə atıldı. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, körpə Nəsimi rayonu ərazisində yerləşən Kliniki Tibbi Mərkəzin həyətinə atılıb.

Tapılan körpə qız uşağı olub. Uşaq Körpələr Evinə təhvil verilib.

Körpənin kim tərəfindən atılması ilə bağlı araşdırmalar aparılır.

Bakıda yeni doğulan körpə küçəyə atılıb.

Bənzər hadisə bir necə gün öncə Sabunçu rayonunun Zabrat qəsəbəsində qeydə alınıb.
Yanvarın 19-da qəsəbədə yeni doğulmuş körpə tapılıb. Uşaq 1 saylı uşaq evinə təhvil verilib.

Zabrat polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, küçədən tapılan körpə 40 günlük olub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.