Vəkil Lamiyə ilə bağlı qalmaqallı statusu niyə sildi? – Müəmma

26-01-2015, 15:12   
Vəkil Lamiyə ilə bağlı qalmaqallı statusu niyə sildi? – Müəmma
Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunun qətlinə görə ömürlük həbs cəzasına məhkum olunmuş Vüqar Əliyevin vəkili Əsabəli Mustafayev müvəkkili ilə bağlı Feysbuk səhifəsində paylaşdığı məlumatı silib.

Vəkilin paylaşdığı statusu silməsinin səbəbi həddən artıq maraqlı olduğundan, cavab almağa çalışdıq. Təəssüf ki, Əsabəli Mustafayev Axar.az-ın bu mövzuda sualını cavabsız buraxdı.

Xatırladaq ki, Ə.Mustafayev sosial şəbəkədə Vüqar Əliyevin və Lamiyə Quliyevanın hüquqlarının tapdandığını iddia etmiş və hazırda türmədə olan məhkum lamiyənin o vaxt icra başçısı olmuş Aslan Aslanovun qətlə yetirilən oğlu tərəfindən təcavüzə uğradığını bildirmişdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.