Ağ Evdə Fövqəladə vəziyyət - Vaşinqtonda bomba həyəcanı yaşanır

26-01-2015, 16:24   
Ağ Evdə Fövqəladə vəziyyət - Vaşinqtonda bomba həyəcanı yaşanır
ABŞ prezidenti Barak Obamanın mətbuat katibi bəyan edib ki, bazar ertəsi Ağ Evin həyətindən “təyinatı bəlli olmayan” cihaz tapılıb. Prezident və onu xanımı hazırda Hindistanda olsa da, təhlükə ilə bağlı təcili araşdırmalar başlayıb.
Ancaq hələ mətbuata bəlli deyil ki, prezidentin qızları haradadır. Onların həmin vaxtı Ağ Evdə olmaları ehtimalı böyükdür. Polis, Yanğınsöndürmə Briqadaları və digər Fövqəladə Xidmət qrupları hazırda Ağ Evin əhatəsindədir. Yad əşya tapılanda hava qaranlıq olub. Ona görə də AĞ Evə giriş yerli vaxtla səhər saat 5-ə qədər qapadılıb.
Bu hadisə ilə bağlı xəbər ildırım sürəti ilə dünya mediasında paylaşılır. Biz də hadisənin inkişafını yaxından izləyəcəyik.

Qeyd edək ki, Vaşinqtonla Bakı arasında 9 saat zaman fərqi var.



Elbəyi Həsənli, musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.