Bakı şəhəri Nərimanov rayonunda dəhşətli hadisə baş verib.
Avropa.info-nun əldə etdiyi məlumata görə, Nərimanov rayonunun Montin qəsəbəsi, Aşıq Qərib küçəsində bu dəqiqələrdə orta yaşılı kişi arvadının başını kəsərək küçəyə atıb.
Qətlin qısqançlıq zəminində baş verdiyi bildirilir.
Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisəni Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü İlham Elləz oğlu Süleymanov törədib. O, 1979-cu il təvəllüdlü Məhəbbət Nəriman qızı Süleymanovanı qətlə yetirib.
Hadisəni törədən İ. Süleymanov Nərimanov Rayon Polis İdarəsinə gələrək təslim olub.