Bakıda vəzifəli şəxslər tutuldu

26-01-2015, 18:25   
Bakıda vəzifəli şəxslər tutuldu
MTN-dən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb
Lombard işçisinin qanunsuz əməlləri barədə Milli Təhlükəsizlik Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, araşdırmalar zamanı “Atrabank” ASC-nin “Bakı” filialının vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bankdan kredit və nağd şəkildə pulların çıxarılması məqsədilə Səbail rayonunda fəaliyyət göstərən lombardın işçisi Yasəmən Abdullayevanın vasitəsilə saxta qızıl məmulatlarını 2011-ci ildən başlayaraq müxtəlif vaxtlarda banka girov qoymaqla 350 min manat məbləğində özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.