“Çoxsaylı sürprizləri gözləməyə dəyər”.
Erməni tərəfi sərhəddə və təmas xəttində böyük və təhlükəli toplanma halında zərbələr endirmə hüququnu özündə saxlayır.
Oxu.Az xəbər verir ki, bu barədə bazar ertəsi Ermənistan prezidenti Serj Sarkisyan Ermənistan Müdafiə Nazirliyinin kollegiya iclasında bildirib.
Erməni prezidentinin sözlərinə görə, bu andan etibarən öz formasına görə assemtrik olan intiqam aksiyaları mümkündür.
“Qaynar başların çoxsaylı sürprizləri gözləməyinə dəyər. Bundan başqa, sərhəddə və təmas xəttində böyük və təhlükəli toplanma halında zərbələr endirmə hüququnu erməni tərəfi özündə saxlayır”, - Sarkisyan bildirib.
Erməni prezidenti öz ordusunda itkilərdən danışıb:
“Bizim kədərləndiyimiz ağır itkilərimiz olub”./oxu.az/