ANS PRESS-in məlumatına görə, hazırda etirazçılar İrəvanda Xarici İşlər Nazirliyinin binası qarşısına toplaşıblar.
Qəzəblənmiş ermənilər Xarici İşlər Nazirliyinin binasını mühasirəyə alaraq hakimiyyətin istefasını tələb edirlər.
Onlar nazir Edvard Nalbandyanı ədalətli olmağa və cəbhə xəttində vəziyyət haqqında düzgün xəbər verməyə çağırırlar. Nümayişçilərin bir qısmi isə hazırda BMT ofisinə tərəf hərəkət edirlər.
Bu gün Ermənistanda fəaliyyət göstərən ticarətçilər də etiraz aksiyasına başlayıblar. Yüzlərlə insan İrəvanda hökumət binası qarşısına toplaşaraq hakimiyyətin istefasını tələb edirlər.
Onlar həmçinin ölkədə ticarətçilərə qarşı davam edən represiyalar son qoyulmasını, insanların həyat səviyyəsinin yüksəldilməsi üçün əlavə tədbirlərin görülməsini tələb edirlər.//musavat.com/