Xədicə İsmayılın həbs müddəti daha iki ay uzadılır

26-01-2015, 20:42   
Xədicə İsmayılın həbs müddəti daha iki ay uzadılır
Yanvarın 27-də Səbayel Rayon Məhkəməsində həbsdə olan jurnalist Xədicə İsmayılın həbs müddətinin artırılması ilə bağlı təqdimata baxılacaq.


Bu barədə "Azadlıq" radiosuna onun vəkili Yalçın İmanov bildirib. Onun sözlərinə görə, Xədicə İsmayılın həbs müddətinin daha iki ay uzadılması ilə bağlı təqdimatı Bakı Şəhər Prokurorluğu verib.

İstintaqa gəldikdə isə Xədicə İsmayıl ibtidai istintaqda ifadə verməkdən imtina edir.

Xədicə İsmayıl ötən il dekabrın 5-də həbs olunub. Onun həbs müddəti fevralın 5-də başa çatmalı idi. X.İsmayıl jurnalist Tural Mustafayevin "özünü öldürmə həddinə çatdırma" ittihamı ilə saxlanıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.