Türkiyə ilə Suriya sərhədində həyəcanlı anlar yaşanıb.
Axar.az xəbər verir ki, Suriya tərəfdən Türkiyə əsgərləri atəşə tutulub.
Türkiyə əsgərlərinin də atəşə cavab verməsi aranı qarışdırıb. Cilvəgözü sərhəd məntəqəsi bağlanıb. Hər iki tərəfdən keçid dayandırılıb.
Suriya tərəfdən atəş açanların müxaliflər olduğu və bunun da təsadüfən baş verdiyi iddia edilir. Ölən və ya yaralanan olmayıb. Hazırda sərhəddə gərginlik hökm sürür. İkinci bir əmrə qədər giriş-çıxış bağlı qalacaq.