Azərbaycanlılar belə öldürüldü (VİDEO)

26-01-2015, 23:26   

Donbasda 10 minlərlə azərbaycanlının yaşadığı bildirilir
Ukraynanın Mariupul şəhərində gedən qanlı döyüşlər dünyanın diqqət mərkəzindədir. Ölkədə baş verənlərlə əlaqədar Ukrayna prezidenti Səudiyyə Ərəbistanınından təcili qayıdıb. Ukraynanın Luqansk vilayətində baş verənləri azərbaycanlılar da həyəcanla izləyir. Burada yaşayan həmyerlilərimizin aqibəti xüsusilə narahatlıq doğurur.

ANS TV-nin məlumatına görə, Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin şərqində cərəyan edən zorakılıqlarla əlaqədar Milli Təhlükəsizlik və Müdafiə Şurasının növbəti iclasını keçirib.

“Ukrayna qəti şəkildə münaqişənin sülh yolu ilə həllinə tərəfdardır. Hökumət Minsk razılaşmasının hər bir bəndinə sadiq qalır. Qarşı tərəfin daimi atəşkəs rejiminə riayət etməsi, eyni zamanda əsirlərin sərbəst buraxılması, sərhədlərin bağlanması gendəmdədir. Eləcə də xarici qoşunların ölkə ərazisindən çıxması və vəziyyətin nizamlanması üçün siyasi danışıqlara başlamaq hökumətin prioritetini təşkil edir” - deyə Pyotr Poroşenko bildirib.

Mariupolda açıq bazar və yaşayış binalarına edilən hücumlar zamanı azı 30 nəfər ölmüş, onlarla insan yaralanmışdı. Rəsmi Kiyev hücumlara görə rusiyayönümlü üsyançıları günahlandırır.

Ukraynada Donetsk və Luqansk vilayətinin yaşayış məntəqələrinə endirilən aviazərbələr nəticəsində təkcə Ukraynalıların deyil, elə həmyerlilərimizin evləri də dağıdılıb. Luqansk vilayəti Staxanov şəhər sakinləri olan azərbaycanlı Cəmilə və Səkinə Məmmədova bacıları da öz valideynlərilə əlaqəni itiriblər. Hazırda Bakı şəhərində qohumları evində sığınan qızlar bir neçə gün əvvəl “Xəbərçi”nin buraxılışlarında Ukrayna il bağlı gedən süjetdə evlərinin dağıldığının şahidi olublar.

“Ukraynanın Luqansk vilayətinin Staxanov şəhəri Armeyskaya küçəsidir. Bizim evimizin yanıdı. Dünən "odnoklassniki"də qrup yoldaşlarım dedi ki, ölənlər var, ölənlərin arasında uşaqlar da var. Şəhər dağıdılıb və şəhəri tərk etmək barədə göstəriş verilib. Biz orada olanda da atışma davam edirdi. Məhz qarşıdurma zamanı ölənlərin olduğunun da şahidi olurduq” – deyə Cəmilə Məmmədova bildirdi.

Ukrayna azərbaycanlıları birləşmiş diaspora təşkilatının rəhbəri Hikmət Cavadovdan aldığımız məlumata görə, ölənlər arasında azərbaycanlıların olub-olmadığı hələlik bəlli deyil.

“Separatçıların başlatdıqları döyüşlərdən sonra soydaşlarımızın böyük bir hissəsi şəhəri tərk ediblər. Xüsusən də son günlər Mariupol şəhərində baş verən məlum partlayışla bağlı araşdırma aparırıq. Orada olan həmyerlilərimizdən 2 nəfərlə əlaqəmiz var və onlardan aldığımız məlumata görə, Mariupol olan azərbaycanlıların heç biri son partlayış zamanı xəsarət alan olmayıb” – deyə Hikmət Cavadov vurğulayıb.

Hikmət Cavadov həm də onu bildirdi ki, hazırda döyüşlərin getdiyi Donetsk və Luqansk vilayətlərində müharbə başlandığı günə olan məlumata görə, 10 minlərlə azərbaycanlı yaşayır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.