ABŞ-da Rusiya casusları tutuldu

27-01-2015, 00:49   
ABŞ-da Rusiya casusları tutuldu

Nyu-Yorkda Rusiyanın xeyrinə casusluqda şübhəli bilinənlər saxlanılıb.

ANS PRESS-in məlumatına görə şübhəli üç şəxs haqqında ittiham irəli sürülüb.

Casusluqda şübhəli bilinənlərin adları bunlardır: Yevgeni Buryakov, İqor Sporışev və Viktor Podobnı.

Onlar Rusiya xüsusi xidmət orqanları üçün məxfi informasiyaları toplayaraq Rusiya tərəfinə ötürməkdə şübhəli bilinirlər. Bildirilir ki, onlara Nyu-York sakinlərindən kömək edənlər də olub.

İstintaqın versiyasına görə, bu üç nəfər 2012-ci ildən ABŞ-da fəaliyyət göstərir. Buryakov bankda işləyib, Sporışev Rusiya ticarət nümayəndəsi, Podobnı BMT missiyası vaxtı Rusiya attaşesi olub.
Buryakov həbs edilib, digər iki şübhəli haqqında isə araşdırmalara aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.