Kral Abdullahın ölümündən sonra şok olaylar:saray çevrilişi:

27-01-2015, 00:56   
Kral Abdullahın ölümündən sonra şok olaylar:saray çevrilişi:


Səudiyyə Ərəbistanın yeni kralı etdiyi dəyişikliklərlə kral sarayında ikinci nəsli ciddi şəkildə möhkəmləndirərkən, bu dəyişikliklərin Səudiyyə Ərəbistanın xarici siyasətinə təsir göstərəcəyi danışılır. Avropa.info xəbər verir ki, dünya mediası Səudiyyədə yeni kralın hakimiyyətə gəldiyi bir neçə gün ərzində etdiyi dəyişiklikləri "Səudiyyə sarayında dövlət çevrilişi" kimi qiymətləndirir.
"Huffungton Post" qəzetində Devid Hears tərəfindən yazılan "Səudiyyə Ərəbistanında saray çevrilişi" başlıqlı yazıda ölkədə ciddi dəyişikliklərin olacağı ehtimal edilib. Türkiyənin "Timetürk" saytı isə əldə etdiyi məlumatlara əsasən yazır ki, yeni kralın xarici siyasətdə bəzi dəyişikliklərə gedəcəyi gözlənilir.
Saytın məlumatına görə, kral Abdullahın ölümündən sonra Misirdən verilən açıqlamada Misir prezidenti Sissinin kralın dəfninə qatılacağı açıqlanmasına baxmayaraq, ancaq həmin vaxt Davosda olan Misir prezidentinin "əlverişsiz hava şəraitinə" görə, dəfnə qatılmayıb. "Ancaq İordaniya kralı Abdullah da Davosda olmasına baxmayaraq xüsusi təyyarə ilə Səudiyyə Ərəbistanına getmiş və Ər-Riyaddakı dəfn mərasimində bir çox dövlət başçısı ilə birlikdə iştirak etmişdi."
Saytın əldə etdiyi məlumata görə, Sisi və Yəmənin keçmiş prezidenti Əli Abdullah Salehin dəfn mərasiminə qatılmasını yeni kral Salmanın istəməyib . Yeni kralın ilk andan Misir prezidenti Sissini qəbul etmədiyini ortaya qoyduğu qeyd olunur. Belə ki, kralın ölümündən dərhal sonra, yeni kral Salman Misirdə çevriliş prosesində xüsusi rol oynayan Xalid əl Tuveycri vəzifədən azad edib.
Kral Salmanın , Misir çevrilişi və Qəzza olaylarından sonra, Səudiyyə Ərəbistanının İslam dünyasında pozulan imicini düzəltmək istədiyi irəli sürülür. Bəzi fikirlərə görə, Səudiyyə Ərəbistanı sünni dövlətlərində itirdiyi mövqeni yenidən qazanmağa çalışacaq.
Digər tərəfdən Birləşmiş Ərəb Əmirlikləri ilə Səudiyyə Ərəbistanının yeni hakimiyyəti arasında da problem yaşandığı irəli sürülür. Birləşmiş Ərəb Əmirliklərinin Vəliəhd Şahzadəsinin müşaviri Məhəmməd Dahlana Səudiyyə rəsmiləri tərəfindən ölkəyə giriş izni verilmədiyi bildirilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.