Bakıda dəhşətli hadisə baş verib. Lent.az-ın məlumatına görə, Xətai rayonu, Gəncə prospekti 2 ünvanının qarşısındakı dəmir qarajda “Mercedes” markalı, 10 TN 786 nömrə nişanlı avtomobilin içindən 1959-cu il təvəllüdlü Muxtarov Miri Mənsim oğlunun və 1972-ci ildə anadan olmuş Məmmədova Esmira Arif qızının meyiti tapılıb. Hər iki şəxsin meyiti tapılarkən onlar yarıçılpaq vəziyyətdə olub.
Bildirilir ki, heç bir qohumluq əlaqəsi olmayan hər iki şəxs dəm qazından boğulub.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisənin baş verdiyi avtomobil paytaxt sakini Ansuxski Abdulqədir Əli oğluna məxsus olub.
M.Muxtarov və E.Əliyeva yanvarın 26-na keçən gecə qarajda avtomobilə giriblər. Qapalı yerdə olduğundan avtomobilin sobası hava çəkməyib və yaranmış dəm qazı nəqliyyat vasitəsinin içinə dolub.
Qeyd edək ki, daha əvvəl də oxşar hadisələr baş verib.
Onu da qeyd edək ki, hadisənin baş verdiyi avtomobilin sahibi olan Abdulqədir Ansuxski Milli Məclisin keçmiş deputatı, 1996-cı ildə Bakının mərkəzində terror aktı nəticəsində qətlə yetirilən Əli Ansuxskinin oğludur.
Faktla bağlı araşdırmalar davam etdirilir.