ABU-nun sabiq dekanının tələbi rədd edildi

27-01-2015, 15:29   
ABU-nun sabiq dekanının tələbi rədd edildi
Bu gün Bakı Apelyasiya Məhkəməsində fəaliyyətini dayandırmış Azərbaycan Beynəlxalq Universitetinin maliyyə-kredit fakültəsinin dekanı Rabil Amanovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Lent.az-ın məlumatına görə, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Rabil Amanovun Ali Məhkəməyə təqdim etdiyi kasasiya şikayəti müzakirə edilib. Bildirilib ki, Rabil Amanovun apelyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla baxılması barədə şikayəti rədd edilib. Bu səbəbdən onun apelyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan məhkəmə baxışı fevralın 2-nə təyin edilib.

Qeyd edək ki, Rabil Aamanov universitetin rektoru və digər məsul şəxslərlə əlbir olub. Onlar TQDK-nın xətti ilə imtahan verərək ali məktəblərə qəbul oluna bilməyən abituriyentlerin valideynlərindən külli miqdarda rüşvət alıblar. Bunun müqabilində həmin şəxslərin Dağıstan Respublikasının Mahacqala şəhərində yerləşən Maliyyə və Hüquq İnsitutunda, Dərbənd şəhər S.Stalski adına Açıq Sosial Universitətində və Dərbənd Humanitar İnstitutunda təhsil almaları haqda arayışlar hazırlayıblar.

Rabil Amanov ümumilikdə 240.412 manat məbləğində rüşvət almaqda ittiham olunub. Rabil Amanov Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olma ), 311.3.1, 311.3.2, və 311.3.3 (rüşvət alma ) maddələri ilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rabil Amanov 10 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan Rabil Amanov apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.