Maşınından 2 meyit çıxan eks-deputatın oğlu danışdı

27-01-2015, 15:40   
Maşınından 2 meyit çıxan eks-deputatın oğlu danışdı
“Mən maşınımı hələ bir neçə il əvvəl baş etibarnamə ilə satmışam. Həmin maşının indiki sahibi ilə hətta heç tanış da deyiləm. Bundan əlavə, mən heç Bakıda da yaşamıram. Bütün Azərbaycan bilir ki, bizim ailə həmişə Balakəndə yaşayıb. İndi də orada yaşayır. Mənim Bakının Xətai rayonunda qarajım da yoxdur”.


"Qafqazinfo" xəbər verir ki, bu sözləri virtualaz.org saytına açıqlamasında məşhur siyasi xadim, mərhum deputat Əli Ansuxskinin oğlu Əbdülqadir Ansuxski deyib.

Əbdülqadir Ansuxski bu gün özü barədə yayılan yoxlanılmamış məlumatlardan təəssüfləndiyini də bildirib: “Sizin sayt vasitəsilə ölkənin bütün kütləvi informasiya vasitələrinə müraciət və xahiş edirəm ki, yoxlanılmamış, dəqiqləşdirilməmiş məlumatları yaymasınlar, jurnalist etikasına əməl etsinlər".




Qeyd edək ki, bu gün lent.az saytı və digər KİV-lər Xətai rayonu, Gəncə prospekti, 2 ünvanının qarşısındakı dəmir qarajda “Mercedes” markalı, 10 TN 786 nömrə nişanlı avtomobilin içindən 1959-cu il təvəllüdlü Muxtarov Miri Mənsim oğlunun və 1972-ci ildə anadan olmuş Məmmədova Esmira Arif qızının meyitinin tapılması barədə məlumat yayıb. Xəbərdə deyilir ki, hər iki şəxsin meyiti tapılarkən onlar yarıçılpaq vəziyyətdə olub, heç bir qohumluq əlaqəsi olmayan hər iki şəxs dəm qazından boğulub. M.Muxtarov və E.Əliyeva yanvarın 26-na keçən gecə qaraja avtomobillə giriblər. Qapalı yerdə olduğundan avtomobilin sobası hava çəkməyib və yaranmış dəm qazı maşının içinə dolub.

Sayt bildirib ki, hadisənin baş verdiyi avtomobil paytaxt sakini Ansuxski Əbdülqədir Əli oğluna məxsus olub. O da qeyd edilib ki, hadisənin baş verdiyi avtomobilin sahibi olan Əbdülqədir Ansuxski Milli Məclisin keçmiş deputatı, 1996-cı ildə Bakının mərkəzində terror aktı nəticəsində qətlə yetirilən Əli Ansuxskinin oğludur.
qafqazinfo.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.