Suriya İsraili vurdu – Son dəqiqə

27-01-2015, 16:59   

Suriya tərəfindən atılan 4 raketdən 2-i İsrailin şimalındakı Qolan təpələrinə düşüb.

Axar.az xəbər verir ki, bu barədə açıqlama verən İsrail ordusunun sözçüsü Piter Lerner raketlərə qarşı toplarla cavab verildiyini bildirib.

“Haaretz” qəzetinin məlumatına görə, bu hadisə 2 həftə öncə 6 Hizbullah üzvünün və 1 İran generalının İsrail tərəfindən vurulmasından sonar təşkil edilən ilk hücumdur.

İnsan itkisi ilə bağlı hər hansı məlumat verilməsə də, bir məqam diqqət çəkib. Belə ki, raketlərin İsrailə atılmasından bir neçə saat öncə sakinlər və ərazidə olan turistlər bölgədən uzaqlaşdırılıb. Kəşfiyyat məlumatlarına əsasən, İsrail əvvəlcədən hücumdan xəbərdar olub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.