Prokurorluğun şöbə müdiri güllələndi – Qobustanda

27-01-2015, 20:09   
Prokurorluğun şöbə müdiri güllələndi – Qobustanda
Azərbaycan Respublikası Hərbi Prokurorluğunun şöbə prokuroru Rəhman Bayram oğlu Əhmədov güllələnib.

ANAXEBER.TV-I Axar.az-a istinadən xəbər verir ki, 1982-ci il təvəllüdlü prokuror Rəhman Əhmədov ov zamanı dostu tərəfindən ehtiyatsızlıqdan güllələnib.

Belə ki, yanvarın 24-də R.Əhmədov ov etmək məqsədilə Anar Bayramov, Rafiq İsmayılov, İdris Murtuzov, Şəmsəddin İsayev və İlqar Yusifovla Qobustan rayonunun Xilmilli kəndinə ova gedib.

Ov zamanı Qəbələ rayon Vəndam kənd sakini, 1979-cu il təvəllüdlü İdris Xanbala oğlu Murtuzov prokuror Rəhman Əhmədovu güllələyib. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.

R.Əhmədov Bakı şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı prokurorluqda araşdırma başlayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.