ABŞ-da fövqəladə vəziyyət elan edilib.
Axar.az xəbər verir ki, qar fırtınası ABŞ-ın Nyu York və başqa şəhərlərini tamamilə iflic edib.
Meteoroloqlar qarın hündürlüyünün 90 santimetrə qədər yüksələcəyini, küləyin sürətinin saatda 120 kilometrə çatacağını bildiriblər. Nyu York, Nyu Cersi, Konnektikut, Rod Aylend, Massaçusets və Yeni Qempşir ştatlarında fövqəladə vəziyyət elan edilib.
Nyu York ştatının qubernatoru avtomobillərdən istifadə etməyin yolverilməz olduğunu qeyd edib.