Lamiyə Quliyeva uşağının atasının kimliyini açıqladı

28-01-2015, 15:30   
Lamiyə Quliyeva uşağının atasının kimliyini açıqladı
Həbsxanada ana olması ilə gündəmə gələn Lamiyə Quliyeva ictimaiyyətə müraciət edib.

Müraciət barədə azadliq.info-ya Lamiyə Quliyevanın vəkili Fəxrəddin Mehdiyev məlumat verib. Vəkil əməkdaşımıza bidirib ki, 4 saylı Cəzaçəkmə Müəsissəsində cəza çəkən Lamiyə Quliyeva dünən ona zəng edərək bu fikirlərini ictimaiyyətə çatdırmağı xahiş edib:

"Jurnalistlərin, mətbuatin taleyimlə bağlı diqqətinə görə onlara təşəkkürümü bildirirəm. Lakin eyni zamanda mətbuatda və sosial şəbəkələrdə yer alan şayiələr, xüsusən də başıma gələn olayda keşmiş penitensiar xidməti əməkdaşının adının hallanması məni çox narahat edir və üzür. Çünki bu məlumatlar yalandır və şayiələrdir. Xahiş edirəm, bu mövzuda yazanlar nəzərə alsınlar ki, bu hər bir insana məxsus olan şəxsi, həssas məsələdir və analıq hissi ilə bağlıdır. Buna bu cür yanaşmalarını rica edirəm. Mənə qarşı zorakılıq olmayıb, könüllü seçimim olub. Dəfələrlə yazılan məlum hadisəyə görə mən 15 yaşımdan məhkumluq həyatı yaşayıram. Uzun illərdir azadlığa çıxacağım günləri həsrətlə saymışam. Lakin vaxt keçdikcə qərəzli açılan yeni-yeni cinayət işləri azadlığı məndən uzaqlaşdırıb. İki il bundan əvvəl mənə qarşı ücüncü dəfə açılan cinayət işinin (bundan əvvəl Lamiyə Quliyevanın məhkumluğu bir dəfə 5 il 6 ay artırılmışdı – red.), ittihamın qarşısını Xətai Rayon Məhkəməsi bəraət hökmü ilə dayandırdı. Məhkəmənin budəfəki ədalətli qərarı məndə azadlığa çıxmaq ümidləri yaratdı. Lakin prokurorun apellyasiya şikayəti əsasında Bakı Apellyasiya məhkəməsi Xətai Rayon Məhkəməsinin qərarını ləğv etdı və mənə daha 6 il 6 ay azadlıqdan mərhumetmə cəzası kəsdi. Apellyasiya məhkəməsinin bu qərarı mənim yaranan ümidlərimi, azadlıq arzularımı puç etdi. Mən ömrümün sonuna kimi həbslərdə çürüyəcəyimi anlayaraq, depressiyaya düşdüm və bu addımı atdım. Bu addım ümidsizlikdən yaranan bir addım idi.

Apellyasiya məhkəməsi ilə bağlı mən Bakı İstintaq Təcridxanasında saxlanılırdım və o zaman orada istintaqı aparılan, həbsdə saxlanılan bir şəxslə öz istəyimlə görüşdüm. Həmin şəxs uşağımın atasıdır. Mən Təhqiqat Şöbəsinin əməkdaşına bu şəxs barədə yazdığım ifadədə bildirmişəm, adını və soyadını da yazmışam. DNT test nümunələrini də təqdim etmişəm.

İndi mən məhbəsdə analıq ömrümü yaşayıram. Məhbəsdə analıq amansız taledir. Bundan sonra bu taleyi uşaqla yaşamalıyam. Xahiş edirəm, bütün bunlara görə məni qınamayın və mühakimə etməyin”.
/musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.