“Gülnarə onun ailəsini dağıtmağa da cəhd edib”
Dünən ANS TV-nin “Adam içində” verilişində hadisələrin bir-birini göz qırpmadan əvəz etməsi olub.
Yenilik.Az ANS TV-yə istinadən xəbər verir ki, itən qızın axtarışları ağlagəlməyən məcraya gedib çıxıb.
Övladı itən ananın hadisədə şübhəli bildiyi qadın studiyaya gəlib. Ona qarşı başqa ittihamlar da irəli sürülüb.
Ana itmiş qızının axtarışına çıxdı. Ananın sözlərinə görə, qızı ilə bağlı 5-6 gündür ki, səs-soraq yoxdur. Qızının harada olub-olmadığı barədə verilişdə ana ip ucu belə verdi. Onun sözlərinə görə, evlərinə bir müddət əvvəl gələn Kəmalə adlı bir qadın, yetkinlik yaşına çatmayan qızının itməsində bilavasitə rol oynayıb.
Ana hesab edir ki, evinə tez-tez gələn Kəmalə xanımın əslində, başqa bir məqsədi olub. O da, qızını düzgün yola çəkməməkdir. Verilişə gələn Kəmalə xanım isə, ananın iddialarını rədd edərək, qızın itməsində əlinin olmadığını bu ailənin isə əxlaqa uyğun həyat sürmədiyini dedi.
Verilişin gedişatında efirə Gülnarə adlı şəxs tərəfindən olunan zəng başqa məqamları ortaya çıxartdı. Gülnarə xanım iddia etdi ki, efirə gələn Kəmalə adlı qadın əslində insan alverilə məşğul olub. Onun sözlərinə görə, Kəmalə xanım qadınları əks cins nümayəndələrilə görüşdürüb, bunun müqabilində pul da alıb.
Hətta zəng edən Gülnarə xanımın ailəsini dağıtmağa da cəhd edib, onun ərilə görüşüb. Bütün bu faktlar zalda əyləşən hər bir kəsi şok vəziyyətinə saldı. Efir gedən zaman elektron məktub itən qızla bağlı sirli məqamları açdı.
Məktubda bildirilib ki, itən qız hal-hazırda Türkiyənin İzmir şəhərindədir. İnsan alverilə məşğul olan şəxslər tərəfindən saxlanılır. O, bura saxta sənədlərlə gətirilib və cinsi istismara məruz qalır.
Yenilik.Az