[media=https://www.youtube.com/watch?v=yJv6mV0mjTU]
Bakıda özünü yandıran "Ford" markalı mikroavtobus sürücüsünün videosu yayılıb.
ANS PRESS-in məlumatına görə, videoda Arzuman Həzərxan oğlu Hümbətovun xəsarət aldığı açıq-aydın görünür.
Qeyd edək ki, A.Hümbətov ağır vəziyyətdə Respublika Yanıq Mərkəzində reanimasiyaya yerləşdirilib.
Onun üz, çənə və sinə nahiyəsinin yandığı məlum olub. ilkin ehtimallara görə, A.Hümbətovun nəfəs borusu da xəsarət alıb.
Qeyd edək ki, Bakıdan Sumqayıta işləyən mikroavtobus sürücüsü nəqliyyat müfəttişləri tərəfindən döyülüb, təhqir edilməsindən sonra özünü yandırdığı bildirilir.