İrəvandan şok açıqlamalar

29-01-2015, 14:43   
İrəvandan şok açıqlamalar
Müdafiə naziri Seyran Ohanyan "kölgəli hərbi qələbə"dən danışır
Ermənistanın elektron mətbuatı müdafiə naziri Seyran Ohanyanın yanvarın 27-də keçirdiyi mətbuat konfransında dediyi fikirlərin təhqiredici olduğundan və ictimaiyyəti aldatdığından yazıb.

ANS PRESS-in xəbərinə görə, "Üçüncü imkan olmayacaq" başlıqlı məqalədə nazirin sözlərindən sitat gətirilib və bunun yanlış olduğunun izahı verilib: "Nazir deyir ki, bizim ordumuzun komandirlərinin bilikləri, təcrübəsi, hazırlığı hər gün millətimizin qalib gəlməsini yaxınlaşdırır. Amma bu fikir yanlışdır. Əgər, bu belədirsə, o zaman nə üçün son vaxtlar sərhəddə baş verən gərginlik zamanı bizim silahlı qüvvələrimiz böyük itkilərə məruz qalmasının şahidi oluruq, bəzi hərbi qulluqçularımız həyatını itirirlər?!"

Məqalədə deyilir ki, bizim qələbə haqqında danışmağımız hələ çox tezdir. Çünki XXI əsrdə böyük qələbə qazanmağın başlanğıcı iqtisadi, siyasi islahatlardan, mədəni sivilizasiyadan keçir. İndi bizim başbilənlərimiz birinci Qarabağ müharibəsini qələbə kimi qələmə verməyə çalışırlar, lakin, bu, gələcək üçün böyük problemlər yaradan qələbədir. Bu gün bunu cəbhə xəttindəki gərginliyin bizim üçün nə qədər çətinlik yaratdığını açıq-aydın görünür.

Analitik yazıda vurğulanır ki, Ermənistan silahlı qüvvələrinin vəzifələrini müvəffəqiyyətlə yerinə yetirə bilmir və ona görə də qələbə haqqında danışa bilmərik. Çünki bizdə arxa cəbhədə çox-çox ciddi problemlər var. Qələbə haqqında danışmaq üçün, ilk növbədə, ölkədə Konstitusiyanın və qanunların qələbəsi haqqında danışmalıyıq. Ölkə daxilində Konstitusiya, qanunlar, yəni insan hüquqları, söz, vətəndaş azadlığı qalib gəlməlidir ki, sərhəddə də bizim silahlı qüvvələrimiz rəqib üzərində qələbə qazansın. Qələbəni dəyərli etmək üçün məhz bunlar lazımdır.

Məqalənin sonluğu bu fikirlə tamamlanır: "Təəssüf ki, Ermənistan daxilində vətəndaş bu gün aldadılır, yumşaq desək, "kölgəli hərbi qələbə"dən danışılır. Bu isə yanlışdır. Tarix bizi bağışlamayacaq. Bizə bir dəfə şans düşdü, bunu dəyərləndirə bilmədik. İkinci dəfə yenə səhv edirik. Üçüncü dəfə, bu səhvin təkrarı halında, bizi nə tarix, nə də dünya saymayacaq."
Mənbə
ANS PRESS
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.