Cəbhə xəttində baş verən atışmada Ermənistan ordusunun iki hərbçisi yaralanıb. “Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyinin sözçücü Artsrun Ovannisyan verib.
Məlumata görə, İcevanda tibb mərkəzinə yerləşdirilən hərbçilərdən biri Qriş Otaryan sol budundan, Surik Movsisyan isə sağ çiynindən yaralanıb.