Səkidəki xəndəyə atılmış digər bağlamalardan da insan qalıqları tapılıb
“Reuters”in San Fransiskodan verdiyi xəbərdə deyilir ki, çərşənbə günü polis səkiyə atılmış çamadandan insan bədənindən kəsilmiş hissələr tapıb. Çamadanı səkinin kənarında qazılmış xəndəyə atıblar. Bu barədə yerli polislərin sözçüsü Qrays Qatpandan agentliyə məlumat verib.
Hadisə yerinə gələn polis bağlamanın ətrafında postlar qurub, girişə qadağa qoyub. Axtarış zamanı başqa bağlamalardan da insan qalıqları aşkar edilib.
Səhiyyə üzrə şəhərin eksperti təsdiq edib ki, qalıqlar həqiqətən də insana aiddir. Ancaq həmin kəsik hissələrin bir, yoxsa bir neçə şəxsə məxsus olması hələ ki müəyyən edilməyib.
Hazırda faktla bağlı istintaq gedir.
Elbəyi Həsənli , musavat.com