Rus Tu-95-i Britaniya səmasına girdi: London izahat istəyir

29-01-2015, 23:26   
Rus Tu-95-i Britaniya səmasına girdi: London izahat istəyir
Böyük Britaniya hakimiyyəti Rusiyanın Londondakı səfirindən izahat tələb edəcək.

Axar.az rus mediasına istinadən xəbər verir ki, rəsmi Londonu Rusiyanın La-Manş üzərindən iki rus bombardmançı təyyarəsinin - Tu-95-in uçması hərəkətə gətirib.

Britaniya XİN bildirib ki, biz Rusiya səfirini hadisə barədə izahat verməsi üçün çağırdıq.

Rusiya hərbçiləri açıqlamasında Tu-95-lərin bu gün Barentsev və Norveç dənizlərinin neytral ərazilərindən istifadə etdiklərini bildiriblər. Bu barədə Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi İqor Klimov da münasibət bildirib.

Xatırladaq ki, La Manş boğazında baş verən insidentdə Britaniya qırıcıları həyacan siqnalı ilə havalandırılmış və rus bombardmançılarına 300 metrlik məsafəyə qədər yaxınlaşmışdılar. Bu hadisə 1940-cı ildən bugünə qədər Rusiya və İngiltərə arasında ilk olay kimi dəyərləndirilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.