Ucarda həkim pul vermədiyi üçün əməliyyat etdiyi qadını girov saxlayıb?

30-01-2015, 01:20   
Ucarda həkim pul vermədiyi üçün əməliyyat etdiyi qadını girov saxlayıb?

Ucar da özbaşınalıq halları son dövrlər xeyli artıb. Bunu demək üçün ən başlıca cəhət mətbuat orqanlarına son günlər xeyli sayda şikayət məktublarının daxil olmasıdır. Bu gün belə şikayətlərdən daha biri Jam.az-ın elektron ünvanına göndərilib.

Rayonun Oğuz küçəsi, bina 15, mənzil 5-də yaşayan Azər Purqafari yazır ki, şikayəti Ucar Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinin müdiri Cavanşir Qədirovdandır. O qeyd edir ki, həkim ondan 450 manat pul istəyib və verməyəcəyi təqdirdə cəzalandıracağı ilə hədələyib. «Həyat yoldaşım 23 yanvar 2015-ci il tarixində qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirdi. Müalicəsi üçün 5 gün ərzində mənə aldırdığı dava-dərmanın dəyəri 1500 manat olub. Üstəlik cərrah Cavanşir Qədirov məndən 450 manat pul verməyi tələb etdi. Əks təqdirdə ailəmi evə buraxmayıb, girov saxlayacağı ilə hədələdi».

Bundan sonra çıxılmaz vəziyyətə düşdüyünü yazan Azər Purqafari ailəsini gizli şəkildə xəstəxanadan qaçırdığını vurğulayıb. «Cavanşir həkim evində olanda tibb bacısı mənə bildirdi ki, həyat yoldaşını evə apara bilərsən. Sonra mənə dedilər ki, cərrah Cavanşir Qədirov xəstəxanaya gəlib, həyat yoldaşımın evə gətirildiyini bilib və bizim ünvanımıza uca səslə nalayiq söyüşlər söyüb. Nəyin bahasına olur-olsun bizi cəzalandıracağını bildirib».

Ucar sakini qeyd edib ki, Cavanşir həkimin ondan 450 manat tələb etməsini təsdiq edən video çəkliş də var. «Bu video faktı hüquq mühafizə orqanlarına, o cümlədən də Səhiyyə Naziri cənab Oktay Şirəliyevə təqdim edəcəyəm. Hazırdada evdə qorxu içində yaşayırıq ki, sipirtli içki qəbul edib daima sərxoş vəziyyətdə olan Cavanşir həkim evimizə basqın edə bilər».

Şikayətçi iddia edir ki, sözügedən həkim indiyə qədər etdiyi yararsız cərrahiyə əməliyyatı nəticəsində çoxlu sayda xəstələr dünyasını dəyişib. «Həyat yoldaşımın cərrahiyə əməliyyatında digər həkimlər iştirak etməsəydi, mən Cavanşir Qədirovun əməliyyat etməsinə qətiyyən razı olmazdım. Həyat yoldaşımın cərrahiyə əməliyyatından sağ çıxmasına Allah və digər həkimlər kömək olublar. O dəfələrlə sərxoş vəziyyətdə xəstələrlə və onların yaxınları ilə mübahisələr edib, dava-dalaş salıb.Hətta bir neçə xəstə qohumları ilə baş vermiş davaya görə cinayət işləri, məhkəmə hökümləri də var. Onun barəsində qanunu tədbirlər görülmədiyindən daha da azğınlaşaraq, qanunsuz əməllərini davam etdirir».

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.