Səhiyyə Nazirliyindən əcnəbi həkimlərlə bağlı xəbərdarlıq

30-01-2015, 13:20   
Səhiyyə Nazirliyindən əcnəbi həkimlərlə bağlı xəbərdarlıq
"Azərbaycana xaricdən tibbi fəaliyyət göstərmək üçün gələn həkimlər arasında qanunları pozanlar da olur. Ancaq onlar da nizam-intizama cəlb edilirlər".

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

Nazir müavini bildirib ki, Azərbaycana həkim kimi işləmək üçün gələn miqrantlarla bağlı müəyyən limitlər var: "Bunlar da Səhiyyə Nazirliyi ilə razılaşdırılıb. Bizim Dövlət Miqrasiya Xidməti ilə apardığımız danışıqlara görə, Səhiyyə Nazirliyinin təklifi ilə o limitlərdən də kənar mütəxəssislərin gəlməsi üçün şərait yaradılır".

E.Ağayev deyib ki, xaricdən gələn bəzi həkimlərin öz profillərinə uyğun fəaliyyət göstərməsi və onların göstərdikləti tibbi xidmətlərin keyfiyyəti ilə bağlı da müəyyən boşluqlar var. Ancaq bu məsələ də SN-nin diqqətindədir.

Onun sözlərinə görə, Azərbaycana gələn mütəxəssislər ölkədə tibbi fəaliyyət göstərmək üçün birinci növbədə SN-dən şəhadətnamə almalıdırlar. Ancaq Ә.Ağayev bu sahədə də pozuntuların olduğunu acıqlayıb: "Sözsüz ki, qanunları pozan adamlar da olur. Ancaq onlar da nizam-intizama cəlb olunurlar".

E.Ağayev Azərbaycandan xaricə müalicə üçün getmə hallarına münasibət bildirib: "Azərbaycanda bu gün həyata keçirilə bilməyən əməliyyat yoxdur. Azərbaycanda sümük iliyinin transplantasiyası, orqan nəqli, böyrək, qaraciyər köçürülməsi həyata keçirilir. Ancaq xəstəxananın və həkimin seçimi insanların öz işidir. Dünyanın başqa ölkələrinə də müalicə üçün müraciət edənlər olur. Bu da xəstələrin öz işidir".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.