Lənkəran səmasında bu səhər saat 8 radələrində Uçan Naməlum Obyektlərə bənzəri olan parıltı qeydə alınıb. Bu barədə həmin obyektin fotosunu çəkən Lənkəranda yaşayan yazıçı Cavidan xanım sosial şəbəkədə qeyd edib. Həmin qeydi və fotonu təqdim edirik:”Diqqət, UNO . Günəşi çəkdiyim zaman görmədiyim, amma fotolara düşən ikinci günəş effektli işıqlı kürə nəymiş görəsən? Heyf, Günəşin yanında bu artıq işıqdı deyə çoxunu sildim telefondan, mənə ancaq Günəş olan lazımdı deyə, amma son anda ağlıma nələr gəldi.)) UNO? Xəzərin Lənkəran tərəfində, səhər saat 8 radələrində.)”
Yenilik.Az: