Nazir rəis və müavini qovdu

30-01-2015, 15:19   

Bakıda rəis müavini işdən çıxarılıb.

Hüquq-mühafizə orqanlarından Report.az-a daxil olan məlumata görə, Xətai Rayon Polis İdarəsinin (RPİ) 36-cı Polis Bölməsinin (PB) rəsi müavini polis mayoru Bəhruz Əliyev vəzifəsindən uzaqlaşdırılıb.

Belə ki, B.Əliyev bölmənin rəisi Vidadi Qurbanov məzuniyyətdə olduğu müddətdə xidmət yerini özbaşına tərk edərək xarici ölkələrdən birinə istirahətə yollanıb. Daxili İşlər Nazirliyi (DİN) və Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəhbərliyi məsələdən xəbərdar olan kimi B.Əliyev vəzifəsindən çıxarılıb.

Artıq 36-cı bölməyə yeni rəis müavini də təyin edilib. Belə ki, buna qədər 31-ci PB-də eyni vəzifədə çalışan Anar Həbibzadə 36-cı PB-nin rəis müavini vəzifəsinə təyinat alıb.

DİN-in mətbuat xidməti 36-cı polis bölməsinin rəis müavini B.Əliyevin sərəncama göndərildiyini təsdiqləyib.

Qaynar.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.