Rusiya şok krizisə girdi: Rubl qırmızı xətti keçdi

30-01-2015, 15:25   
Rusiya şok krizisə girdi: Rubl qırmızı xətti keçdi
Moskva birjasında rubl kəskin ucuzlaşaraq, dünənki bədbin proqnozları doğruldub və bir avro 80 rubla qalxıb.

Axar.az xəbər verir ki, avronun qalxmasına səbəb Rusiya Mərkəzi Bankının inflyasiya səviyyəsi və faiz dərəcələrini elan etməsi olub.

Hazırda avronun kursu 2.48 rubl qalxaraq 80.15 rubl olub.

Dollar isə 70.87 rubla qalxıb.

Qeyd edək ki, Rusiya Mərkəzi Bankı da 31 yanvar üçün dolların satış kursunu qaldırıb. Mərkəzi Bankın yaydığı məlumatda 31 yanvar üçün bir dollar 68,73-dən 68,92 rubla, avro isə 77,56-dan 78,11 rubla satılacaq.

Birjalarda isə bankların dolları daha yuxarı qiymətə satacağı proqnozlaşdırılır.

Beləliklə, Rusiya üçün ekspertlərin proqnozlaşdırdığı geridönməz krizis başladı. Xatırladaq ki, iqtisadçılar bir dolların 70 rublu keçəcəyi təqdirdə Rusiya iqtisadiyyatının kəskin krizisə girəcəyini açıqlamışdılar.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.