Maşını uşaqla birlikdə cərimə meydançasına apardılar

30-01-2015, 15:30   
Maşını uşaqla birlikdə cərimə meydançasına apardılar
Qadın uşağını maşında qoyub salona gedərkən başına gələcəkləri heç təsəvvürünə də gətirmirdi.

Milli.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, Peterburqun 29 yaşlı sakini İrina Skoptsova uşağını maşında qoyub gözəllik salonuna gedib. Üç saatdan sonra geri qayıdanda isə nə maşını, nə də uşağı görüb.

Qadın deyir ki, Nevski prospektindəki gözəllik salonuna əvvəldən yazılıb. Salona azyaşlı uşağı Arseni ilə gedib. Mənzil başına çatanda görüb ki, uşaq oturacaqda yuxuya gedib. Bu səbəbdən də uşağı maşında qoyub gedib.

Salonda olduğu üç saat ərzində İrina bir dəfə də olsun çıxaraq uşağına baş çəkməyib. Geri qayıdarkən uşağını görməyəndə isə panikaya düşüb. Dərhal polisə zəng vuraraq uşağının oğurlandığını bildirib.

Maşının içində cərimə meydançasına aparılan uşağın başına pis bir şey gəlməyib.

Milli.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.