Rusiya Tacikistanda yerləşən 201-ci hərbi bazasının 3 min muzdlu hərbçisini Ukraynaya göndərir.
Axar.az xəbər verir ki, bu barədə “Tocnyus” portalı mənbəyə istinadən məlumat yayıb.
“Hərbi baza komandanlığı ilə Rusiya Müdafiə Nazirliyi arasında razılıq əldə olunub. Söhbət Tacikistanda xidmət edən 3 min muzdlu əsgər və zabitin Rusiya-Ukrayna sərhədinə göndərilməsindən gedir”, - mənbə deyib.
Qeyd edək ki, Tacikistandakı rus hərbi bazası 2004-cü ildə yaradılıb. Bazanın fəaliyyət müddəti 27 il sonra başa çatacaq.