Ukrayna baş naziri də təcili iclas çağırdı

30-01-2015, 16:31   

Ukrayna Baş naziri Arseni Yaçenyuk ölkənin müdafiəsilə bağlı hökumətin təcili iclasını çağırıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə nazirinin müavini Pyotr Mexed məlumat verib.

“Müdafiə naziri Stepan Poltorak Arseni Yaçenyukun vətənin müdafiəsilə bağlı keçirdiyi təcili toplantıya qatılıb”, - Pyotr Mexed Aydar batalyonunun döyüşçülərinin Müdafiə Nazirliyinin binası yaxınlığında keçirdiyi mitinqdə deyib.

Qeyd edək ki, Aydar batalyonunun döyüşçüləri batalyonun yenidən formalaşdırılması məsələsini aydınlaşdırmaq üçün nazirlə görüş tələb edir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.