Səudiyyə kralı bəzi nazirləri vəzifədən qovdu

30-01-2015, 16:41   
Səudiyyə kralı bəzi nazirləri vəzifədən qovdu
Səudiyyə Ərəbistanında Türkiyə və onun prezidenti Ərdoğanı təhqir edən ifadələri ilə gündəmə gələn islami işlər naziri Süleyman əbu Hayl vəzifəsindən azad edilib.

Avropa.info xəbər verir ki, yeni kral Salman vəzifəyə gələn kimi mərhum kral Abdullaha yaxın bir neçə şəxsi vəzifədən çıxardığı haqda məlumatlar yayılıb.

Yeni kralın Türkiyə ilə münasibətlərə xüsusi önəm verməsi haqda da xəbərlər var.

Bu arada ərəb mediasının yazdığına görə, Süleyman əbu Haylın vəzifədən azad edilməsi olduqca əhəmiyyətli bir addımdır.

Əbu Hayl Səudiyyə Ərəbistanında Türkiyə əleyhinə olan qrupun ən tanınmış simalarından hesab olunurdu.

Ən maraqlı qərar isə, kral ailəsinin üzvü, müdafiə naziri Bəndər bin Abduləziz əl Saudun vəzifəsindən azad edilməsi xəbəridir. Məlumatlara görə, yeni kralın bu addımı Səudiyyə sarayında şok effekti yaradıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.