Rusiyada dollar və avronun rubla nisbətən qalxması Ermənistana da təsirsiz ötüşməyib.
Axar.az xəbər verir ki, Ermənistan kommersiya bankları və valyutadəyişmə məntəqələri 1 dolları 475 drama almağa başlayıblar.
Bu gün günortaya olan məlumata görə, dolların alış kursu 476 dram olub.
Banklar isə 1 dolları 480 drama satıblar. 1 avronun satış qiyməti isə 547 dram təşkil edib.
Xatırladaq ki, indiyə qədər yanvar ayı üçün 1 dolların satışı 478 dram təşkil edirdisə, artıq bu gündən bu rəqəm 2 dram qalxıb.
Ekspertlər də dramın sürətlə ucuzlaşmasının davam edəcəyini bildiriblər.