İrandan Azərbaycana narkotik gətirən dəstənini işi yekunlaşıb.
Qaynar.info xəbər verir ki, Bakı Apellyasiya məhkəməsində Bakı şəhər sakinləri Telbəin Salmanova, Polad Salmanovun, Elnur Məsimovun, Novruz Məmmədovun və Samir Kalovun CM-nin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 234.4.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələri əldə etmə, daşıma və ya satma) və 234.4.3 (külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma və ya satma) maddəlləri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxışı yekunlaşıb.
İstintaq materiallarına əsasən, 2013-cü il fevralın 19-da Elnur Məsimov Telbəin Salmanovanın tapşırığına əsasən İran İslam respublikasının Biləsuvar şəhərinə gedərək 2000 dollar pulu şəxsiyyəti isintaqa məlum olmayan Salamat adlı İran vətəndaşına çatdırıb. Ayın axırlarında Salamat Telbəin Salmanovaya zəng edərək, sifariş verdiyi narkotik vasitənin qaçaqmalçılıq yolu ilə artıq Azərbaycana keçirildiyini və Ələt-Astara yolunun 142-km, Cəlilabad rayon ərazisində yol nişanının yanındakı ağacın dibində gizlədildiyini bildirib. Həmin gün Telbəin Novruz Məmmədova zəhmət haqqı kimi 1500 manat verəcəyini vəd edərək, gecə saatlarında Salamatın dediyi yerə gedib və oradan 500 qramm heroini götürdükdən sonra özünün yaşadığı Sabuçu qəsəbəsi, Aydınbəyov küçəsi, 18 mənzil -1 ünvandakı evə gətirib.
Həmin ilin mart ayında Polad Salmanovun tapşırığı ilə Telbəin Salmanova qonşuluğda yaşayan Elnur Məsimov və Samir Kalovdan əlavə narkotik vasitənin Bakıya gətirilməsi üçün tələb olunan 6000 dolları İrana aparmağı xahiş edib, bu işin müqabilində onların hər birinə 200 manat verəcəyini vəd edib, sonuncular da təkliflə razılaşıblar. Onların hər biri martın 30-da üzərlərində 3000 dollarla Biləsuvar Nəzarət-buraxılış məntəqəsindən İran ərazısınə keçiblər, həmin gün Salamatın evində gecələdikdən sonra Samir pulu Elnura verərək, ayın 31-də Bakıya qayıdıb. Elə həmin gün onun idarə etdiyi "BMW" Telbəin Salmanova və Novruz Məmmədov Cəlilabad rayonuna gəliblər, amma Salamat sifariş edilmiş heroinin gizlədildiyi yer barədə məlumat vetmədiyi üçün həmi gün onu götürə bilməyiblər.
Aprelin 1-də axşam saatlarında Salamat Telbəinlə əlaqə saxlayaraq narkotiki Ələt-Astara yolunun 142-km, ağacın yanında olduğunu xəbər verib. Gecə saat 24 radələrində həmin yerdə kənar şəxslərin olmadığına əmin olandan sonra Telbəinlə Novruz maşından düşərək piyada ora yaxınlaşıb, heroini götürərkən MTN əməkdaşları tərəfindən saxlanılıblar, onlarla yanaşı Samir Kalov, daha sonra Elnur Məsimov yaxalanıblar. Baxış zamanı çəkisi 627,96 qram narkotik vasitə olan heroin aşkar edilib.
Qeyd edək ki, həmin ərəfədə Telbəin Salmanovanın oğlu Poladın digər iki nəfərlə ( Rac Süleymanov və Fəxriyyə Qarayeva) cinayət işinə Bakı Ağır cinayət işində baxılıb, onlar CM-nin 204.3.2 (külli miqdarda saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə təqsirili biliniblər, hökmə əsasən P.Salmaov 8 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Bundan sonra, Polad MTN İstintaq Baş İdarəsində bu işlə bağlı təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub və istintaq yekunlaşandan sonra bu cinayətkar qrupun daxilində müttəhimlər kürsüsünə əyləşib.
Bakı Ağır cinayətlər məhkəməsinin hökmü ilə Polad Salmanov və Novruz Məmmədov 13 il, Telbəyim Salmanova 11 il, Elnur Məsimov 7 il və Samir Kalov 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar. Hökmlə razılaşmayan təqsirləndirilən şəxslər apellyasiya şıkayəti veriblər.
Bakı Apellyasiya məhkəməsi işi araşdıraraq Novruz Məmmədovun cəzası istisna olmaqla bütün şəxslərin cəza müddətini qüvvəsində saxlayıb, N.Məmmədovun cəzası isə 13 ildən 12 ilə endirilib.
Qaynar.info