Bakıda müəlliməni ölümcül döyən müəllim tutuldu (VİDEO)

30-01-2015, 17:51   
Bakıda müəlliməni ölümcül döyən müəllim tutuldu (VİDEO)
Hazırda Yaşar Quliyev Şüvəlanda yerləşən 3 saylı təcridxanada saxlanılır
Bakıda xanım həmkarını ölümcül döyən kişi həbs olunub.

ANS TV-nin məlumatına görə, Suraxanı rayonu 154 saylı orta məktəbin müəllimi olan Yaşar Quliyevə Suraxanı rayon məhkəməsi hökm çıxarıb. 69 yaşlı müəllimə Arifə Yusifovanı amansızcasına döyən 33 yaşlı Yaşar Quliyev 4 ay müddətinə azadlıqdan məhrum edilib.

O cinayət məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilib. Hazırda Yaşar Quliyev Şüvəlanda yerləşən 3 saylı təcridxanada saxlanılır.

Xatırladaq ki 154 saylı məktəbin direktoru müəllimənin adıçəkilən məktəbdə işləmədiyini və döyülmə faktının ailə münaqişəsi zəminində baş verdiyini bildirmişdi. Elə təqsirkar Yaşar Quliyev də baş verənlərin məktəblə heç bir əlaqəsinin olmadığını vurğulamışdı.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.