Gürcülərə Ukraynada döyüşməyə icazə verildi

30-01-2015, 17:58   
Gürcülərə Ukraynada döyüşməyə icazə verildi
Ukraynada hakimiyyətin tərəfində separatçılara qarşı döyüşən Gürcüstan vətəndaşları ölkə kənarında silahlı birləşmələrdə iştiraklarına görə cəzalandırılmayacaqlar.

Axar.azxəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər nazirinin müavini Levan İzoriya bildirib.

“Bu düzəliş qanuni şəkildə Ukraynada hakimiyyətin tərəfində döyüşən Gürcüstan vətəndaşlarına aid deyil. Cəzalandırılma yalnız ölkədən kənarda yaradılan qanunsuz silahlı birləşmələrdə iştirak edənlərə şamil olunur”, - nazir müavini deyib.

Hazırda Ukraynada hökumət tərəfində 100-dən çox Gürcüstan vətəndaşı döyüşür.

Qeyd edək ki, Rusiyanın Cənubi Osetiya və Abxaziyanın birləşdirilməsi ilə bağlı addımlar atması Gürcüstan hökumətinin narazılığına səbəb olub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.