Kərkükdə vəziyyət yenidən gərginləşdi
Britaniyanın “Daily Mail” qəzeti yazır ki, Kərkük yaxınlığındakı İŞİD terrorçuları ilə peşmərgələrin briqada generalı Şirko Fatehin hərbi birləşməsi arasında atışma olub. Hadisə cümə günü baş verib.
Atışma zamanı onlarla adamın öldürüldüyü bildirilir. Briqada generalı da 8 nəfər döyüşçüsü ilə ölənlər arasındadır.
Kürdlər bildirirlər ki, briqada generalı peşmərgələrin İŞİD-ə qarşı döyüş planını həyata keçirmək fikrində imiş...
Agentlik qeyd edir ki, Kərkükdə ərəblər, türkmənlər və kürdlər bir yerdə yaşayırlar. Bu ərazilər neftlə zəngin olduğuna görə silahlı qarşıdurmalara tez-tez səhnə olur.
/musavat.com/
Elbəyi Həsənli