Səfirliyimiz iş adamının tapılması üçün hərəkətə keçdi
Ukraynanın Donetsk şəhərində azərbaycanlı biznesmen itkin düşüb.
ANS PRESS xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə I katibi Asim Osmanov APA-ya açıqlamasında bildirib ki, bu, Azərbaycan vətəndaşı, 1973-cü il təvəllüdlü Əliyev Məhərrəm Məcid oğludur.
Ötən ayı Donetsk şəhərində itkin düşmüş azərbaycanlı iş adamının şəhərin kənarında avtomobili tapılıb, indiyə qədər ondan heç bir xəbər yoxdur.
A. Osmanov onu da deyib ki, Azərbaycanın Ukraynadakı səfirliyi iş adamının tapılması üçün bu ölkənin Xarici İşlər Nazirliyi vasitəsi ilə Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) müraciət edib.
Mənbə
ANS PRESS