Cəlilabad sakinini arvadının yanında döyüb bıçaqladılar

31-01-2015, 10:57   
Cəlilabad sakinini arvadının yanında döyüb bıçaqladılar

Ötən gün axşam saatlarında Cəlilabad rayonunun Göytəpə şəhərində bıçaqlanma hadisəsi baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, qızının ad gününə hazırlaşan Göytəpə sakini, 37 yaşlı Mirqoşqar Mürsəlov həyat yoldaşı ilə marketdən bazarlıq edib geri qayıdarkən bir neçə şəxs tərəfindən döyülərək bıçaqlanıb.

Yaralı dərhal yaxınlarının köməkliyi ilə Cəlilabad rayon mərkəzi xəstəxanasına çatdırılıb. Xəstəxanada ona ilk tibbi yardım göstərildikdən sonra cərrahiyyə şöbəsinə qaldırılıb.

Həkimlər yaralının vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Hələlik hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı Cəlilabad rayon polis şöbəsində araşdırmalar aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.